İtkin düşdüyü deyilən qızın anası: “Ailəlidir, küsüb getmişdi"

ARB TV-nin “Elgizlə izlə” verilişinin bugünkü buraxılışında itkin düşdüyü xəbəri yayılan Xəyalə Həsənovanın anası ilə canlı bağlantı yaradılıb. 

Xəyalənin ailəli olduğunu deyən anası qızının acıq edib evdən getdiyini deyib: 

“Qızımız tapılıb. 18 yaşı var, ailəlidir. Evdə söz-söhbət olub, acıq edib çıxıb evdən. Uşaq pis işə getməyib ki. Əsas odur tapılıb, əri də onu qəbul edir”.