Tarakanların “at oynatdığı” restorandan açıqlama: “Yəqin, kanalizasiyadan çıxıb”

“Orada həşəratlar yox, bir dənə tarakan olub. O tarakanı mənim obyektimin içərisində axtaran oğlanı heç restoranımda da görmək istəmirəm”.

Bunu Oxu.Az-a “50 Qəpik” restoranlar şəbəkəsindən restoranda antisanitar vəziyyətin olduğuna dair iddialara cavab olaraq özünü restoranın rəhbəri kimi təqdim edən şəxs bildirib.

O qeyd edib ki, heç bir müştəri ona bununla bağlı müraciət etməyib:

“Bununla bağlı mənə heç kim müraciət etməyib. İkincisi, həşəratdır, hər yerdə var. Neyləyək, bütün günü düşək o həşəratın arxasınca?! Mənim obyektlərim hər bir antisanitariya qaydalarına görə yoxlanılır.

Hər həftə restoranda yoxlamalar aparılır. Həşərat ya kanalizasiyadan, ya başqa bir yerdən qalxa bilər. İndi olub da, olanda olur”.