Bakıda piyada keçidləri işıqlandırılır

Bakı şəhərində piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılmasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti xəbər verir ki, bununla da qaranlıq zamanı, həm də görüntünün məhdud olduğu hava şəraitində yol nişanlamalarının daha görünən olması asanlaşacaq. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İlk olaraq Üzeyir Hacıbəyov və Puşkin küçələrinin kəsişməsində tətbiq edilən yenilik gələcəkdə digər yollarda, xüsusən, ətraf kənd və qəsəbələrdəki yollarda da tətbiq ediləcək.