Siqareti tərgidən zaman ağciyərlər öz - özünü yeniləyə bilir

Ağciyər xərçənginə gətirib çıxaran genetik mutasiyalar qalıcı deyil

 Elm insanları, siqaret və ağciyər arasındakı əlaqəylə bağlı çox əhəmiyyətli bir işə imza atıb.

Tədqiqata görə, ağciyər xərçənginə gətirib çıxaran genetik mutasiyalar qalıcı deyil. Çünki ağciyərlər öz- özünü yeniləyərək xərçəngə belə yol aça bilən siqaretin bütün mənfi təsirlərini tərsinə çevirir.



40 il boyunca siqaret çəkdikdən sonra siqareti buraxanlarda belə ağciyər hüceyrələri tütünün zərərli təsirlərinə heç məruz qalmamış kimi özünü yeniləyə bilir. "Nature" jurnalında yer alan yazı, indiyə qədər doğru bildiyimiz bir səhvi bütün detallarıyla ortaya qoydu.
Uzun zamandır ağciyər xərçənginə gətirib çıxaran genetik mutasiyaların qalıcı olduğu düşünülürdü. Wellcome Sanger İnstitutundan elm insanlarının apardığı araşdırma, genetik mutasiyaya uğramamış olan çox  az hüceyrələrin ağciyərləri təmir edə bildiyini ortaya qoyur. 
Araşdırmaya görə siqaret çəkmə vərdişi buraxıldığında,  sağlam hüceyrələr böyüyərək ağciyərdəki zərər görmüş hüceyrələrin yerinə keçir.
Wellcome Sanger İnstitutundan həkim Peter Campbell, "Gözlənilməz nəticələrdən biri, 40 il boyunca siqaret çəkdikdən sonra siqareti buraxan xəstələrdə belə hüceyrələrin tütünün zərərli təsirlərinə heç məruz qalmamış kimi yenilənə bilməsiydi" deyibr.
Tütündə olan minlərlə kimyəvi maddə ağciyər hüceyrələrindəki genetikanı pozur və onları yavaş-  yavaş sağlam hüceyrədən xərçəng hüceyrələrinə çevirir. Araşdırma, siqareti buraxan kəslərin hüceyrələrinin yüzdə 40 faizinin, heç siqaret çəkməmiş insanların hüceyrələri qədər sağlam olduğunu göstərib.

Turan