Samuxda palıd ağacları baltalandı

Gəncə-İmamzadə avtomobil yolunun Samuxun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində hündür ağaclar baltalanaraq zədələnib. Dörd palıd ağacının zədələndiyi məlum olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Samux rayonunda yolun kənarında yerləşən ağacların baltalanması ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, qurumun əməkdaşları əraziyə baxış keçiriblər:

“Nazirliyin regional ekologiya idarəsinin əməkdaşları Samux rayonunda ağacların baltalandığı əraziyə baş çəkiblər. Dörd palıd ağacının zədələndiyi məlum olub. Ağaclara kim və ya kimlər tərəfindən zərər vurulduğunun aşkar edilməsi üçün müvafiq Polis Şöbəsinə müraciət olunub”.

Qeyd edək ki, Qafqazinfo-nun yaydığı məlumata görə, Gəncə-İmamzadə avtomobil yolunun Samuxun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində olan hündür ağaclar baltalanaraq zədələnib.