Koronavirusla əlaqədər Azərbaycanda ciddi profilaktik tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də səfərlərin məhdudlaşdırılması, bəzi ölkələrə gediş-gəlişin qadağan edilməsidir. Hökumət insanlara tövsiyə edir ki, ciddi səbəb yoxdursa, başqa ölkəyə getməsinlər. Vətəndaşlarımız müxtəlif məqsədlər üçün, xüsusilə ticarət və müalicə ilə əlaqədar olaraq xarici ölkələrə, o cümlədən qonşu Gürcüstana, Rusiyaya, İrana və Türkiyəyə üz tuturlar.
Belə çıxır ki, əhali bir müddətlik çörək pulundan məhrum olmalı, sağlamlığının qayğısına qalmamalıdır.
![](https://sherg.az/uploads/editor/a190be9a3159e9ea709fde3b863cc7ef.jpg)
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən politoloq Qabil Hüseynli deyir ki, bu, insanların özləri üçün vacibdir:
“ÜST koronavirusun artıq pandemiya olduğunu deyib. Bu, vəziyyətin ciddiliyindən xəbər verir. İnsanlar gərək tövsiyyələrə, xəbərdarlıqlara əməl etsinlər. Səfərlərin məhdudlaşdırılmasının beynəlxalq əlaqələrə ciddi təsir edəcəyinə inanmıram. Çünki bütün dünyada vəziyyət eynidir”.