Atalıq səbrlə, iradə ilə olur


Hər zaman dəyərli analarımızı düşünüb onlar haqqında yazırıq, amma fərqində deyilik ki, atalar da ən azı onlar qədər əziyyətlər çəkirlər.

 Bu yazını evlərinə bir tikə çörək tapıb gətirmək üçün bütün günü çöllərdə özlərini min bir əziyyətə salan, evlərindən minlərlə kilometr uzaqda, ailəsinə həsrət qalan, amma onları heç kəsdən əskik etməmək üçün həyatlarını qurban verən Atalara həsr edirəm. 
Həyatda hər insan ata ola bilər, amma hər kəs ata adını qazana bilərmi?
Atalar var ki, heç  bir uşağını belə böyüdüb başa çatdıra bilmir, atalar da var ki, nəyinki bir, hətta üç və daha artıq uşağı da  böyüdüb başa çatdırırlar.
Bu yazı da özümə nümumə götürdüyüm bir ata haqqında sizə bəhs etmək istəyirəm.
Bu ata 3 övlad , həyat yoldaşı və özü də daxil olmaqla 5 nəfərlik bir ailənin başçısıdır. 
Həmin  ata öz övladlarını  əskiksiz böyüdüb başa çatdırıb.
Onun necə əziyyətlər çəkdiyinin biz sadəcə kənardan şahidi olmuşuq. Və ona ən böyük dəstək təbii ki, ailəsi tərəfindən idi.
Hər kəs anlayır ki, evdə bir nəfərin işləyib, ailə dolandırmağı çox çətindir. 
Bu kişi hərgün səhər tezdən saat 4-5 radələrində köhnə  bir maşınına oturub bazara gedirdi. Bazarda nə iş olsa, yük daşıma, ya da taksi kimi işləyirdi. Bununla yanaşı, öz həyətində müxtəlif meyvə-tərəvəzdən əkib-becərib satırdı. Heç bir işdən geri qalmırdı. Ailəsidən ötrü hər şey etməyə hazır idi. Səhərdən axşama qədər 5-10 manat çörək pulu qazanmaq üçün əlindən gələnin artığını edirdi.
Bu kişi həm də çox savadlı və alicənab insandı. Bütün günü işləməyinə baxmayaraq, kitaba belə vaxt tapırdı və övladlarının dərsləri ilə hər axşam bir saat olsa da maraqlanıb, onlarında özü kimi savadlı və bilikli böyüməsini istəyirdi. 
Çox müasir və dünyagörüşlü ata idi. Oğulları ilə yeri gəldikdə ata və oğul, yeri gəldikdə iki dost , iki qardaş münasibəti saxlayırdı. Həm yaxşı ata, həm yaxşı dost,  həm də yaxşı həyat yoldaşı idi.
Məhəllədə də hər kəsin böyük hörmət göstərdiyi, nümunəvi qonşu idi. İnsanlar çox vaxt ondan məsləhət alırdı.
Atalıq sadəcə övladlara bahalı həyat bəxş etməklə, maddiyatla olmur. Atalıq səbrlə, iradə ilə olur.
Ata evin dirəyidir. Hər kəs ona söykənir. Ata güclü olmalıdır...

Atamsız bir dünya düşündüm
Çox böyük qorxuya düşdüm.
Ata olmasan, bilməzsən ata qədri
Ata qədrini, sən çalış yanında olanda bil.
Atam oldu mənə dəstək,
Qoymadı böyüyəm ürkək.
Həm düzümdə, həm yalnışımda,
Dayandı hər zaman yanımda.
Göstərdi mənə bu hayatın
Həm düzün, həm “əyrisin”.
Sevdi məni qarşılıqsız .
Görən necə olacam mən
Bu fani dünyada Atamsız...

Rauf Əliyev