DSX operativlik üçün "Qaynar xətt" yaradıb

Dövlət Sərhəd Xidməti "Qaynar xətt" nömrəsini təqdim edib.

Qurumun mətbuat mərkəzindən "Sherg.az"a daxil olan xəbərə görə, qaynar xətt dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün nəzərdə tutulub. Bununla əlaqədar DSX-nin Sərhəd Nəzarətində 16-58 qısa nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

Sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün- 16-58 təyin edilib.