Deputat Bakıya giriş-çıxışın bağlanması təklifinə qarşı çıxdı, həmkarını qınadı

“Milli Məclisin beşinci çağırışında bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsi hazırdır”.
Oxu.Az-ın məlumatına görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. 

O bildirib ki, Rəqabət Məcəlləsi altıncı çağırış parlamentin gündəliyinə salınmalıdır. 

“Rəqabət Məcəlləsi qəbul edilsə, sahibkarlıq daha da inkişaf edər. Ancaq görünür ki, bəzi məmurlar Rəqabət Məcəlləsinin qəbul edilməsinə qarşıdır”, - deyə V.Əhmədov bildirib. 

Deputat Azərbaycanda koronavirusla bağlı vəziyyətə də toxunub. 

“Deputat Fazil Mustafa təklif edir ki, Bakıya giriş-çıxış bağlansın. Bu nə deməkdir? Bakıya gündəlik kənd təsərrüfatı məhsulları bölgələrdən gəlir”, - deyə V.Əhmədov söyləyib.