Kürdəmirdə xeyriyyə aksiyası - Aztəminatlı ailələrə yardım edilib +FOTOLAR 


Kürdəmirdə maddi imkanı aşağı olan ailələrə ərzaq paketləri paylanılıb.
"Sherg.az" xəbər verir ki, koronavirus pandemiyası səbəbindən yaranmış qeyri adi halla bağlı ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələrə müxtəlif şəxslər, könüllü qruplar tərəfindən yardımlar edilir.
Belə xeyriyyə aksiyasından birisi də Kürdəmir rayonunda həyata keçirilib. 
Aksiyanın təşkilatçısı  Aqil Əliyev  və onun könüllü komandası heç bir gəliri olmayan ailələrə zəruri qida vasitələri ilə təmin olunmuş ərzaq paketləri paylayıblar. Aqil Əliyev az çox demədən hər kəsin belə xeyirxah işdə iştirakının önəmli olduğunu vurğulayıb.
Qeyd edək ki, Aqil Əliyev Kürdəmir şəhər 1 saylı cümə məscidinin müəllimidir.