Millət vəkili tovuzlu gənclərə kitablar göndərdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbəri olduğu Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi Tovuz Gənclər Evi ilə birgə “Evdə qal, kitab oxu” aksiyası həyata keçirib.

Sherg.az xəbər verir ki, aksiya çərçivəsində 70 nəfər gəncə, o cümlədən rayonda fəaliyyət göstərən Gənclər Evinin 60 nəfər könüllüsünə kitablar, hmçinin koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar göndərilib.

Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını əmərəli keçirmək məqsədi daşıyır.

Kitablar əsasən Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanlar, tanınmış yazarların əsərlərindən ibarətdir.