Ağa Ağayev Azərbaycanda 140 ailəyə dəstək göstərdi

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin rəhbəri, dostumuz Ağa Ağayev Azərbaycanda 140 ailəyə dəstək olub.
Bu barədə “Sherg.az”a diaspor üzrə araşdırmaçı- ekspert Elnur Eltürk məlumat verib. O qeyd edib ki, ümumiyyətlə, A.Ağayev yalnız pandemiya dövründə deyil, hər zaman aztəminatlı ailələrə dəstək göstərir:

“Olduqca xeyirxah bir insandır. İmkanı, gücü daxilində  müraciət edənlərin probleminin həllinə çalışır. Haradasa, kimdənsə hansı bir ailənin sosial şəraitinin ağır olduğunu eşitdikdə həmin ailəyə, insanlara dəstək əli uzadır. Əlbəttə, dövlətimiz, vətənimiz, ölkəmiz  bu cür təssübkeş və lütfkar vətəndaşları ilə daha güclü, daha qüdrətlidir”.