AZAL bilet satışını dayandırdı: Bu tarixədək...

İyunun 1-dək həm AZAL-ın, həm də xarici şirkətlərin sərnişin uçuşlarına qadağa qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Aeroportunun direktor müavini Kənan Hacıyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində deyib.

K.Hacıyev bildirib ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərlə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) şirkəti iyunun 1-nə qədərki dövr üçün bilet satışını dayandırıb.

O qeyd edib ki, Azərbaycan vətəndaşlarının xaricdən təxliyəsi üzrə çarter reyslərinin aprelin 20-dən sonra bərpa ediləcəyi gözlənilir:

“Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq qeyd edilən tarixlərə düzəliş edilə bilər”.