Gələn həftə daha bir qurum parlamentdə hesabat verəcək

Hesablama Palatasının 2019-cu il üzrə hesabatı Milli Məclisə daxil olub. 
Bu barədə Oxu.Az-a parlamentdəki mənbə bildirib. 
Hesabat deputatlara paylanılıb. Hesabatın Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.