Sensasiya: “Narkotik vasitələrin yayılmasında bəzi müəllimlərin də rolu var” 

“Şagirdlər və müəllimlər arasında narkotikdən istifadənin aşkarlanması üçün yoxlamalar aparılmalıdır”
“Sherg.az”ın xəbərinə görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Arzu Nağıyev bildirib.
Deputat bildirib ki, mütəmadi narkotik maddələr qəbul edən şəxslərin əsgərliyə çağırılması düzgün deyil: 
“Bəzi məktəblərdə müəllimlərin də narkotik vasitələrdən yayılmasında rolu olması barədə məlumatlara rast gəlinir. Digər tərəfdən, təcridxanaların daxilində narkotik vasitələr yoxdur, içəri necə keçirilir? Təcridxanalara da kimlər narkotik vasitələr keçirir, bilinir”.