Xüsusi karantin rejimini pozaraq, həbs edilənlərlə görüş keçirildi - FOTO


Daxili İşlər Nazirliyinə Bilavasitə Tabe Olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib. 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, karantin qaydalarını pozan, avtoxuliqanlıq hərəkətləri edən bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətə inzibati həbs cəzaları verilib. Saxlanılma Məntəqəsində keçirilən görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcud karantin qaydalarını pozan şəxslərin hər biri ilə fərdi profilaktik söhbətlər aparılıb. 

Görüşdə törətdikləri əməllərə görə cəza çəkən şəxslər bu hərəkətlərindən peşman olduqlarını bildirərək, digər sürücülərə yollarda daha həssas və diqqətli olmağı, karantin qaydalarına əməl etməyi tövsiyə ediblər.