ÜST: “Azərbaycanda bundan sonra kiçik-kiçik piklər görə bilərik””

“Pandemiyanın pik dövrünü geriyə baxaraq görə bilərik”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
H. Harmancı deyib ki, yalnız bir pik dövrü məqbul deyil: “Ona görə də bütün ölkələr ictimai səhiyyəni tətbiq edərək piki, insanların yoluxmasını azaltmağa çalışırlar. Biz Azərbaycanda bundan sonra kiçik-kiçik piklər görə bilərik”.