Məktəblidən Prezidentə: “Vətənə layiq övlad kimi böyüyəcəyimizə söz veririk”

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Zəngilan rayonundan məcburi köçkün, 8-ci sinif şagirdi Murad Şirinov yazır: 

“Möhtərəm cənab Prezident, biz məktəblilər Sizi çox sevirik, Sizdən daim valideyn qayğısı görürük. Sizə olan hisslərimiz o qədər güclüdür ki, onları sözlə ifadə etməyə çətinlik çəkirik. Bizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirik. Sizin qayğınıza cavab olaraq dərslərimizi yaxşı oxuyacağımıza, Vətənə layiq övlad kimi böyüyəcəyimizə söz veririk. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.