Vətəndaşdan liderə minnətdarlıq: “Bizə nə qədər yüksək dəyər verdiyinizi bir daha sübut etdiniz”

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Xankəndi şəhərindən Vasif Allahverdiyev ölkə başçısına məktubunda qeyd edir: 

 “Hörmətli cənab Prezident, bütün dünyada və eləcə də ölkəmizdə yaranmış bu gərgin vəziyyətdə hər bir vətəndaşın yanında oldunuz və bizə nə qədər yüksək dəyər verdiyinizi bir daha sübut etdiniz. Bunun üçün Sizə minnətdarlığımı bildirirəm və əminliklə deyirəm ki, verdiyiniz ağıllı qərarlar sayəsində hamımızı bu çətin vəziyyətdən xilas edəcəksiniz. Biz qarabağlılar torpaqlarımızın düşmən işğalından azad olunacağı günü də səbirsizliklə gözləyirik və Sizə inanırıq. Allah Sizə cansağlığı versin!”.