Müharibə veteranından ölkə başçısına: “Qazilər və şəhid ailələri Sizi özlərinin ən böyük himayədarı bilirlər ”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Bakının Nizami rayonundan Yusif Hüseynov Prezidentə yazır: 

“Möhtərəm Prezident, mən Qarabağ müharibəsi veteranıyam. Həm Qarabağ müharibəsi veteranları və əlillərinə, həm də şəhid ailələrinə göstərilən qayğıya, onların problemlərinin həllinə görə Sizə və Mehriban xanıma bu kateqoriyalardan olan bütün insanlar adından təşəkkürümü bildirirəm. Sizin Fərman və sərəncamlarınızdan irəli gələn tapşırıqların icrası nəticəsində həyat şəraitimiz yaxşılaşmış, narahatlıq doğuran bir sıra məsələlər öz həllini tapmışdır. Qarabağ qaziləri və şəhid ailələri Sizi özlərinin ən böyük himayədarı və dostu bilirlər. Allah Sizi qorusun!”.