Prezidentə məktub: “Ən böyük fəxrim Sizsiniz, hörmətli Prezidentim”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Şirvan şəhərinin daha bir sakini Elçin Həsənov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: 

“Hörmətli cənab Prezident, mən azərbaycanlı olmağımla fəxr edirəm. Azərbaycan mənim Vətənim, ana yurdumdur. Azərbaycanda yaşadığım üçün sevinc və qürur hissi keçirirəm. Amma ən böyük fəxrim Sizsiniz, hörmətli Prezidentim. Sizin öz vətəndaşlarınıza göstərdiyiniz qayğı məni qürurlandırır. Bütün dünyanın iqtisadi böhran içində çapaladığı bir dövrdə Sizin atdığınız addımlar, o cümlədən iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışı xalqımızın rifahı, onun xoşbəxt gələcəyi naminə edilir. Buna görə Sizə minnətdaram. Var olun! Tanrı Sizi qorusun!”.