Aybəniz Haşımova ÖLÜMDƏN DÖNDÜ

Əməkdar artist Aybəniz Haşımova ölümdən dönüb.

Lent.az -ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:

"23 gün öncə, gecə yarısı evdə tək, ölümlə həyat arasında yaşadığım anların ağrısını sətirlərə belə düzdüm... Bəlkə də, bu son olacaqdı... Bəlkə də, böyük bir imtahanın qarşısında idim. Bir onu bilirəm ki, Allahıma: "qarşındayam, uca Allahım hazıram" dedim.

Əslində qəfil gələn əcəl idi. Nədənsə nə bədənimi, nə canımı yaxan alovu, nədə ki, tutulmuş ayağımın ağrısını hiss edirdim. İçimdə tək bunu dedim: "Aynişan, xəbərin yoxdu... mama deyəsən can verir..."

Sonra birdən gözüm "Quran" kitablarına sataşdı. Ayağımın gücü çatmadı ki, heç olmasa onun birin bağrıma basım. Deməli, vida zamanı deyilmiş. Bilmirəm, buna sevinimmi, yoxsa yox. Sadəcə, Allahımın qarşısında, deyəsən, növbəti imtahanlarıma zaman qazandım".