İranda koronavirusa yoluxanların sayı 230 mini keçib

Qonşu İranda koronavirusa yoluxma hallarının sayı 230 mini keçib.
IRINN-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, COVID-19 infeksiyasının qurbanlarının sayı 11 minə yaxındır.
Səhiyyə Nazirliyinin nümayəndəsi onu da bildirib ki, ötən gün 2 459 yoluxma halı qeydə alınıb, 141 nəfər ölüb.