İki gün ehtiyatlı olun!: Temperatur diskomfortu gözlənilir


Azərbaycanda iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bununla bağlı tibbi-meteoroloji proqnoz açıqlanıb.

Proqnoza görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.