Qan və yaxma analizi: COVID-i aşkarlamaq üçün edilən testlərin fərqi nədir?

Koronavirsun-COVID-19-un diaqnozunun qoyulması üçün bir sıra testlərdən istifadə edilir. Məlum olduğu kimi bu, burun-udlaqdan götürülən yaxma və qandan götürülən nümunənin təhlili ilə mümkün olur. Son zamanlar həkim göndərişi olmadan test etdirilməsi halları artıb. Və bu testlərin hansının daha dolğun nəticə göstərməsi, onların arasında hansı fərqlərin olmasına dair bir çox suallar səslənir. Yaxma və qan testləri arasında hansı fərqlər var? Yaxma (PZR) və qan testi (seroloji) bir-birini təkrarlayırmı?

e-tibb.az bu suallarla İnfeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis, uzman həkim Nazxanım Qasımovaya müraciət edib. Mütəxəssisin bununla bağlı cavabını təqdim edirik: