Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi

Azərbaycanda iki polis əməkdaşı koronavirusdan ölüb.
Report-un məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib.
Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.
Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Report-a faktı təsdiqləyib.