Professor sərt danışdı:“Keyfiyyətsiz maskalar boykot edilsin”

“Ucuz, keyfiyyətsiz, standartlara cavab verməyən maskalardan istifadəni məsləhət görmürəm”

“Yaxşı olar ki, insanlar yuyula bilən maskalara üstünlük versinlər”


Son vaxtlar tibbi maskalarla bağlı şikayətlər artıb . Maskanın ya ipi qırılır, ya da bu üzündən o üzü görünür. Özü də maya dəyərindən qat-qat baha qiymətə satılır. Qəribədir, insanlara maska taxmaq tövsiyə edilir, amma bu qoruyucu vasitənin keyfiyyəti nəzərə alınmır. 


 
Məsələ barədə “Sherg.az”a fikrini bildirən Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla da narazılığını bildirib:

“Düzdür, keyfiyyətsiz maskalar var. Ancaq onların xarici, ya yerli istehsal olduğu bilinmir. Hər halda keyfiyyətsiz maskaları boykot etmək lazımdır. Ucuz, keyfiyyətsiz, standartlara cavab verməyən maskalardan istifadəni məsləhət görmürəm. Yaxşı olar ki, insanlar yuyula bilən maskalara üstünlük versinlər.  Onları sabunla yuduqdan sonra da istifadə etmək mümkündür”.