Gürcüstan sərhədlərini açır

Avropa İttifaqına üzv 5 ölkə Gürcüstanla sərhədlərini açır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müşaviri İrakli Çikovani bildirib. O deyib ki, bu ölkələr Almaniya, Fransa, Latviya, Litva və Estoniyadır.
Baş nazirin müavini qeyd edib ki, sərhədlərini açacaq ölkələrlə danışıqlar artıq yekunlaşmaq üzrədir.