Klinikanın  şöbə müdiri koronavirusa yoluxdu - FOTO

Tədris Cərrahiyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, həkimin dörd gün əvvəl ağciyərlərinin kompüter tomoqrafiyası (KT) müayinəsində cüzi dəyişikliklər olsa da, bugünkü KT filmlərində patoloji dəyişikliklərdə xeyli artım müşahidə edilib.