Ali Baş Komandana minnətdarlıq: “Qüdrətli ordumuz düşmənə öz layiqli cavabını verdi” 

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.Abşeron rayonundan Şahnaz Əliyeva ölkə başçısına məktubunda bildirir:

“Hörmətli cənab Prezident, yaşanan son hadisələr bir vətəndaş kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə öz layiqli cavabını verdi. 

Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır.
Biz Sizinlə qürur duyuruq. Atdığınız hər bir addımı dəstəkləyirik. 
İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun”.