Kulebaya yeni vəzifə veriləcək, XİN-in yeni rəhbəri isə...

Ukraynalı diplomat Andriy Sibiqa hökumətdə kadr dəyişikliyindən sonra xarici işlər naziri kimi Dmitri Kulebanı əvəz edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg Ukrayna prezidenti Vladimir Zelenskinin kadr dəyişiklikləri haqda rəyi ilə tanış olan mənbəyə istinadən bildirib.
“Çərşənbə günü istefa verən Kuleba indi Ukraynanın NATO ilə əlaqələrini gücləndirməyə diqqət yetirəcək, çünki müharibədən əziyyət çəkən ölkə bloka qoşulmağa çalışır”, - deyə adının gizli qalmasını istəyən mənbə bildirib.
Hazırda Kulebanın Xarici İşlər Nazirliyində birinci müavini olan Sibiqa mahir diplomat kimi tanınır. O, bu il nazirlikdə işə başlamazdan əvvəl Ukraynanın Türkiyədəki səfiri və Zelenskinin aparat rəhbərinin müavini vəzifələrində çalışıb.
Hökumətdə kadr dəyişiklikləri
UNİAN-ın verdiyi məlumata görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb. Ərizəyə qarşıdakı plenar iclaslardan birində baxılacaq.
Həmçinin daha əvvəl bildirilmişdi ki, Dmitri Kulebanın əvəzinə ən çox ehtimal olunan namizəd onun birinci müavini Andrey Sibiqadır.