Qubada 26 yaşlı oğlanın qətlində təqdirləndirilən şəxsə hökm oxunub

Qubada 26 yaşlı gəncin qətlində təqdirləndirilən Murad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən, Murad Abbasov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Quba Rayon Prokurorluğunun məlumatına görə, ötən il iyunun 2-si saat 1 radələrində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanovun Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Abbasov Murad Rza oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.