Ermənistanda son sutkada 439 nəfər virusa yoluxub, 16 nəfər ölüb

Ermənistanda son sutkada daha 439 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 16 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək infeksiyaya yoluxanların sayı 35 693, xəstəlikdən ölənlərin sayı isə 678 nəfərə çatıb.
Ermənistanda COVID-19-dan sağalanların sayı 24 766 nəfərdir.