Asiyada koronavirusun daha yoluxucu ştammı tapıldı

Filippində yeni növ koronavirus infeksiyası - SARS-CoV-2-nin mutasiyaya uğramış ştammı tapılıb.

“The Straits Times” xəbər verir ki, həkimlər bu ştammın virusun orijinal versiyasından daha yoluxucu olduğunu deyirlər.

Filippin Genom Tədqiqatları Mərkəzinin işçilərinin bildirdiyinə görə, yeni G614 ştammı iyunda ortaya çıxıb, eyni zamanda, mutasiyanın izləri Malayziyada da aşkarlanıb.

Virusun bu variantının daha ağır xəstəliklərə səbəb olacağı bildirilir.