70 faizi iş xanımlarıdır

Pandemiyada insanların vaxtları çox oldu

Ona görə estetik cərrahiyyə əməliyyatına müraciət edənlərin sayı artıb

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatlara tələb artıb. Bu barədə “The New York Times” məlumat yayıb.

Bu dinamika, video zənglərin sayının artması ilə izah olunur. Qəzetin yazdığına görə, kadrda insanların pis görünməsi onları plastik əməliyyata sövq edib. Belə ki, plastik cərrah Diana Aleksander bildirib ki, təkcə yarım ay ərzində 251 plastik əməliyyat həyata keçirib. Onun sözlərinə görə, müştərilər video zənglər zamanı qəşəng düşmədikləri üçün plastik cərrahlara müraciət edirlər.

Estetik plastik cərrah Günel Əzizova “Şərq”ə açıqlamasında ötən illərlə müqayisədə bu il estetik əməliyyat üçün müraciət edənlərin sayında artım olduğumu təsdiqləyib. Onun sözlərinə görə, artımın başlıca səbəbi məhz pandemiya ilə əlaqədardır:

“Pandemiyaya görə, estetik cərrahiyyə əməliyyatına müraciət edənlərin sayı artıb. Bunun başlıca səbəbi insanların bu ərəfələrdə daha çox vaxtlarının olmasıdır. Çünki, bizə müraciət edənlərin əksəriyyəti iş xanımlarıdır. 60-70 faiz insan estetik, xüsusən rinoplastika, yəni burun əməliyyatı üçün müraciət edir. Qeyd edim ki, ciddi xəstəliyi olan şəxslərin bu tip cərrahi müdaxilələrə yol verilməsi məsləhət görülmür”.

Həkim hər bir əməliyyatın individual olduğunu, qiymətlərin də buna uyğunlaşdığını deyib: “Hər bir prosedurun özünəməxsus qiyməti var. Son illər təkcə cərrahi əməliyyatlara yox, insanlar həmçinin xüsusi estetik cihazlara da üz tuturlar. Qadınlarla yanaşı, kişi pasiyentlərinin sayı artıb. Kişilər daha çox nəfəsalma problemi, burun-çəpər əyriliyi, süd vəzisində qadınsayağı piylənmə (ginokomastiya) ilə bağlı müraciət edirlər.

Qadınlar da rinoplastikadan savayı, botoks, qaşların qalxması, dolğu, pilinq, saplarlan üzün müəyyən nahiyəsində gərmələr kimi cavanlaşdırıcı prosedurlar, qarın və bel nahiyəsində gərmələr kimi cavanlaşdırıcı prosedurlar, qarın və bel nahiyəsinin yağlanması, apoplastika (qarın nahiyəsinin sallanması) əməliyyatı etdirirlər. Eləcə də, liposaksiya əməliyyatı da ölkəmizdə geniş yayılıb. Prosedur sadə olsa da, təcrübə tələb edir.

Çünki əməliyyat zamanı piyi hər yerdən eyni dərəcədə götürmək lazımdır ki, kələ-kötürlük qalmasın. Bəzən aldığımız piyləri müəyyən yerlərə inyeksiya da edirik”.