"Yumurta Kamil" saxlanıldı: vaxtı keçmiş yumurtaları yeniləri ilə...

“Giləzi” quşçuluq fabrikində daşıyıcı (ekspeditor) işləyən şəxsin vaxtı keçmiş yumurtaları yeniləri ilə qarışdıraraq yenidən satışa verdiyi məlum olub.
APA-nın Sumqayıt bürosunun məlumatına görə, Abşeron rayon Polis İdarəsi və Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları birgə əməliyyat keçiriblər. Əməliyyat nəticəsində "Giləzi Quşçuluq” MMC-də satış meneceri işləyən Kamil Teymurovun marketlərə yararsız yumurta payladığı məlum olub.

O, Xırdalan şəhər 28-ci məhəllə Həsən Bəy Zərdabi küçəsində kirayələdiyi evdə mağazalardan geri qaytarılan vaxtı keçmiş yumurtaları yenidən bərpa edərək, şirkətə məxsus "29-AC-129" dövlət qeydiyyat nişanlı, “Ford” markalı yük avtomobili ilə dostu Malik Qasımovla birgə yenidən mağazalara daşıyıb.
Ümumilikdə 84 qutu hər birində 360 ədəd yumurta olmaqla ümumi sayı 32400 ədəd yararsız yumurta aşkar edilərək götürülüb.
Kamil Teymurov saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib.
K.Teymurovun "Yumurta Kamil" kimi də adlandırıldığı deyilir.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.