Açıqlama: "“Aşura” mərasimi dini ayin sayılmır, ona görə də...”

“Məhərrəm ayını da dövlətin qayda-qanunlarına riayət etmək daha məqsədəuyğundur”

“İslamda da göstərilir ki, insan səhhəti üçün problem yaradacaq hərəkətlərdən uzaq durmalıdır”


“İslam dininə görə, hər vətəndaş dini mənsubiyyətindən aslı olmayaraq, dövlətin qanunlarına tabe olmalıdır”.
Bu barədə “Sherg.az”a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib. 
Ekspert bildirib ki, “Aşura” mərasimi dini ayin sayılmır: 

“Dini ayin, yəni İslamda fərz olan məsələlər Ramazan orucudur, zilhiccə ayının həccidir. “Aşura” isə sadəcə hüzr məclisidir. Bu məclisin keçirilməsi mümkün olmazsa, insana günah yazılmaz.


Ona görə də Məhərrəm ayını da dövlətin qayda-qanunlarına riayət edərək yoluna vermək daha məqsədəuyğundur. Həm də İslamın tələbidir, əgər insan səhhəti üçün problem yaradacaq hərəkətlərdən uzaq durmalıdır.

Əfsuslar olsun ki, bəziləri bunu dərk etmək istəmir.

Hətta Azərbaycanda məzhəb qarşıdurmasını qızışdırmaqda maraqlı olanlar var. Bu maraqlara xidmət edən bəzi “din adamları” da az deyil. O səbəbdən hamımız ayıq-sayıq olmalı, sosial şəbəkədəki çağırışlara uymamalıyıq”.