Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı koronavirusa yoluxub.
E-huquq.az-ın məlumatına görə, 34 yaşlı hakim müalicəsini ev şəraitində davam etdirir.
Hazırda onun vəziyyəti stabildir.
Qeyd edək ki, daha öncə Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Məmmədov da koronavirusa yoluxmuşdu.