Daha bir şəhərin meri COVID-19-un qurbanı oldu

Perunun Kusko şəhərinin meri Rikardo Valderrama koronavirus infeksiyasından vəfat edib.
“İzvestiya” agentliyi Kusko şəhər bələdiyyəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Bildirilib ki, 75 yaşlı mer iyulun 24-də koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Peru COVID-19 virusundan ən çox zərər çəkən ölkələrdən biridir. Son rəqəmlərə əsasən, bu ölkədə 647 166 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 28 788 xəstə pandemiyanın qurbanı olub.