Vilayət Eyvazov polis mayoruna vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. 
Əmrə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin Baş müstəntiqi Qurban Qurbanov vəzifəsindən azad olunub. 
Nazirin digər əmri ilə polis mayoru Q.Qurbanov Ağstafa RPŞ-yə əməliyyat işləri üzrə müavin təyin edilib.