Gəncə Tvitterin trendi oldu

Tvitterdə “Ganja” (Gəncə) sözü 361 min dəfə istifadə olunaraq trendlərdə birinci yerə çıxıb.

 BakuPost xəbər verir ki, yerli, həmçinin əcnəbi istifadəçilər dünya ictimaiyyətinə müxtəlif mesajlar ötürərək Azərbaycana dəstəyini nümayiş etdirib.

Qeyd edək ki, dünən səhər saatlarında Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə bir neçə raket atıb. Nəticədə 9 nəfər ölüb, onlarla insan yaralanıb.