Müharibə cocuqları...- Psixoloji travma daha dözülməz olur: "Neqativ izlər silinməlidir"!

“Psixoloqlar indidən çalışmalıdırlar ki, uşaqlarda yaranmış travmaları aradan qaldırsınlar”

“Onlar bütün səylərini ortaya qoymalıdılar ki, uşaqların psixologiyasında mənfi düşüncə formalaşmasın”



Bu il oktyabrın 10-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri arasında görüş baş tutub. Danışıq 10 saatdan çox davam edib. Bu, son 20 ildə Dağlıq Qarabağ münaqişəsinə dair ən uzunmüddətli müzakirə hesab olunur. 

Razılığa əsasən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub. Lakin düşmən humanitar atəşkəsin qaydalarına riayət etməyərək Gəncə şəhərini atəşə tutub. Atılan raketlərdən biri şəhərdəki yaşayış binasını darmadağın edib.

adisə nəticəsində 9-dən çox mülki şəxs həlak olub, 35 nəfər yaralanıb. Hadisə əsnasında yaralananlar arasında uşaqlar da var. Müharibə yalnız insanların ölümü, yurd-yuvalarının dağılması, sağlamlıqlarının itirilməsi demək deyil. Müharibənin psixoloji cəhətdən fəsadları daha amansız olur. Şiddət, terror və müharibə yaşlı insanlarla müqayisədə uşaqlara daha çox təsir göstərir. Ekspertlərin fikrincə, azyaşlılar bu kimi hadisələrdən uzaq tutulmalıdır, belə məsələlər uşaqlarda psixoloji travma yaradır, onlarda qəddarlıq hissləri və digər neqativ xarakterlərin formalaşmasına səbəb olur. 

Müharibə şəraitində uşaqların güllə səsi eşitməsi, müharibənin ağrılarını öz dərilərində yaşaması onlara nə kimi psixoloji təsir göstərir? Bu mənfi təsirin qarşısını almaq üçün nə etmək lazımdır?

Sualmızı cavablandıran psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a bildirib ki, bu müharibə uşaqların həyatında neqativ bir iz buraxacaq:

“Psixoloqlar indidən çalışmalıdırlar ki, uşaqlarda yaranmış bu travma və izlər silinsin".  Onlar bütün səylərini ortaya qoymalıdılar ki, uşaqların psixologiyasında mənfi düşüncə formalaşmasın. Bu gün müharibə şəraitində yaşadığımıza görə nəinki uşaqlar, böyüklər, qadın və kişilərdə də bu travma yarana bilər. Bəzi uşaqlar müharibəyə dair informasiya və fotoları sosial şəbəkələrədn, eləcə də mediadan əldə edirlər. Beynəlxalq qayda budur ki, uşaqlar və qadınlar belə şəraitdə daha həssas olurlar. Amma onları bu mühitdən nə qədər uzaq tutmaq mümkündür? Təbii ki, bunun üçün işlər görülməlidir”.

Aygün Mustafayeva