“Prezidentin çıxışları ölkəmizə qarşı qurulmuş istehkamları dağıdır”

“Bu o deməkdir ki, biz təkcə döyüş meydanında yox, diplomatiyada, informasiya müharibəsində də düşmənə qalib gəlirik”

Azərbaycan Prezidenti İlham Əliyev istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verir. İnsanların sözünü və mövqeyini ifadə edir. Bu müsahibələr bir daha nümayiş etdirir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edir. Vətəndaşlar  dövlət başçısına inanır, güvənir və tam dəstəkləyirlər.


 
Prezident İlham Əliyev öz çıxışlarında, o cümlədən müsahibələrində sanki dünyaya xalqın sözünü çatdırır. Dövlət başçısının çıxışları barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili Tahir Kərimli bir vətəndaş kimi buna görə dövlət başçısına minnətdarlıq edib: 

“Prezidentin çıxışlarında toxunduğu məqamlar, səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətinin otuz ildir ürəyində gəzdirdiyi məsələlərdir. Əgər belə demək mümkünsə, dövlət başçısı sanki ürəyimizdən tikan çıxarır.

O, millətimizin düşündüklərini, söyləmək istədiklərini ümumiləşdirərək dünya ictimaiyyətinə çatdırır. Prezidentin öz sözləri ilə desək, o, nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilir.

Dövlət başçısı İkinci Dağlıq Qarabağ müharibəsi ilə əlaqədər 10-a qədər KİV-ə müsahibə verib. Beləliklə, təkcə həmin ölkələrin yerli əhalisi yox, politoloqların da fikirlərində dəyişiklik olub.

Hətta ən qatı əleyhdarlarımız da prezidentin son çıxışlarını dəstəkləyirlər. Bu o deməkdir ki, biz təkcə döyüş meydanında yox, diplomatiyada, informasiya müharibəsində də düşmənə qalib gəlirik.

Bu gün Azərbaycan öz haqq səsini dünyaya çatdıra bilir. Biz nəinki cəbhədəki istehkamları, dünyada ölkəmizə qarşı qurulmuş istehkamları da dağıdırıq. Düzdür, islamafobiya, türkəfobiya bizə müəyyən qədər mane olur.

Fəqət, dövlət başçısının müsahibələri, çıxışları sözümüzü beynəlxalq aləmə çatdırmaq baxımından çox əhəmiyyətlidir”.