Zəfər Günü iş olmayacaq 

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq. 
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. 
Qeyd edək ki, qanunun qəbulu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir. 
Hər il noyabrın 8-i Zəfər Günü olacaq.