Rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq


Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olcaq.  Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 5-7 dərəcə isti,  gündüz  8-10 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti,  gündüz 8-10 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək,  nisbi rütubət  70-80 faiz olacaq.  

Martın 22-si gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, 23-ü gündüzdın 24-ü səhərədək isə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 21-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi  meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Martın 22-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir  yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 2-7 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 9-12 dərəcə idti olacaq. 

Martın 22-si şimal və qərb rayonlarında, 23-ü axşamdan 25-i gündüzədək isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.