Jurnalistlərin mina düşməsinə sərt REAKSİYA:“Terrora cavab verilməlidir” 

“Kəlbəcərdə, yəni Azərbaycan ərazisində iki jurnalist qardaşımız şəhid oldu. Allah hər ikisinə rəhmət etsin, əzizlərinə səbr diləyirəm”. 
“Sherg.az”ın xəbərinə görə, bu barədə millət vəkili, BQP sədri Fazil Mustafa sosial şəbəkədə yazıb. 
Deputat bildirib ki, düşmənin həmlələrinə eyni tərzdə cavab verilməlidir: 
“Artıq yetərli deyilmi? Biz bu cür mina partlayışı xəbərlərini ermənilərin yaşadığı hər köşədən almalıyıq. Bizim ərazilərimizdə basdırılmış minaların on qatını Ermənistan ərazisində, on qatını da erməni separatçılarının yaşadığı Azərbaycan ərazisində basdırmalıyıq.  Bu vəhşilər durub sizə xəritə verəcəklər? Adamlar durmurlar, hər bir azərbaycanlı qətli bu vəhşi millət üçün bir təsəlli sayılır. Mina terroruna mina terroru ilə də cavab verilməlidir. Bunu bacaran oğullarımız,, mütəxəssislərimiz var. Bu millət cavab görməyincə durmayacaq. Terroruna terrorla, minasına mina, yumruğuna yumruqla cavab verilməlidir”.
Qeyd edək ki, bugün saat 11 radələrində Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olublar. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.