Müəllim məhkəməni uddu: şagirdlərinin arasına qayıdır

 Türkiyənin Van şəhərində beş ildir dərs dediyi məktəbdən ayrı düşən idman müəllimi Turgay Özmen yenidən şagirdlərinin arasına qayıdır. Bu barədə "Sherg.az" "Posta" ya istinadən xəbər verir. Bildirilir ki, o, iki valideynin "Gözləri zəifdir, yaxşı dərs keçə bilmir" iddiası ilə məktəbdən xaric edilmişdi. Bundan sonra məhkəməyə müraciət edən müəllim qalib gəlib və ekspertiza qrupu onun dərs keçməsi üçün hansısa probleminin olmadığını deyiblər.