DİQQƏT! Azərbaycanın Gürcüstandakı səfirliyi rəsm müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı rəsm müsabiqəsi elan edir.

Bu barədə 24News.ge xəbər portalına səfirlikdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, müsabiqədə iştirak edən 15 yaşdan yuxarı Gürcüstan vətəndaşları arasında, Nizami Gəncəviyə və onun əsərlərinə həsr olunan ən yaradıcı rəsm əsərinə malik olan şəxslər Səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin digər müsabiqə iştirakçıları da sertifikatla təltif olunacaqlar.

Müsabiqənin nəticələri 6 iyul 2021-ci il tarixində açıqlanacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslərdən mövzü üzrə rəsm əsərlərini 4 iyul 2021-ci il tarixinədək Səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri xahiş olunur.

Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən Səfirliyin (+995 32) 224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaları xahiş olunur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir.