Səfirdən Əliağa Vahidin heykəli ilə bağlı açıqlama: “Ən maraqlı..." - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Əliağa Vahidin İçərişəhərdəki heykəli ilə bağlı maraqlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, səfir heykəlin unikallığına diqqət çəkib:
“Dünyada gördüyüm ən maraqlı heykəldir. Şair və sənətkar Əliağa Vahidin həyat hekayəsi heykəlinin üzərində təsvir edilib”.
Qeyd edək ki, Əliağa Vahidin heykəli 1989-cu ildə hazırlanıb. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov, memarı isə Sənan Salamzadədir.
Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanıb.