“Torpaqlarımızın altında və üstündə erməninin olmasını istəmirik”

“Bu kimi hallarda prioritet məsələ insan faktorudur. Çünki ən müasir texnikanı belə, canlı qüvvə idarə edir”.
 Bu sözləri ermənilərin Qarabağda günü-gündən artan meyitləri barədə “Sherg.az”a danışan millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib. Onun sözlərinə görə, 1989-cu ildən bəri düşmən öldəki demoqrafik vəziyyət getdikcə pisləşir: 

“İkinci Qarabağ savaşı bir çox yalanları üzə çıxardı. Məlum oldu ki, Qarabağda 60-70 min erməni yaşayırmış. 
Demək olar, bir ildir Qarabağda erməni cəsədləri axtarılır. Əlbəttə, bu, İrəvanı narahat edir. Çünki söhbət erməni varlığının itməsindən gedir. İtkilərlə bağlı məsələlər 10 noyabr üçtərəfli razılaşması ilə tənzimlənir və müvafiq beynəlxalq qurumların vasitəsilə həllini tapır”.

Z.Oruc, həmçinin diqqətə çatdırıb ki, hazırkı statistika erməni miflərini dağıtdı: 

“Cəsədlərin sayı 1700-ü keçib. Erməni döyüşçülərin öz yoldaşlarını tək qoyub qaçdıqları məlum oldu. Nəinki ölüləri, hətta yaralıları yalnız qoyurdular. Əlbəttə, biz humanist davranır, meyitlərin təmizlənməsinə icazə veririk. Torpaqlarımızın nə altında, nə də üstündə erməninin olmasını istəmirik. Amma bütün bunların baiskarı Ermənistan hakimiyyəti, düşmənin işğalçılıq siyasəti və mifik arzuları idi”.